Mahir Əmiraslanov: Bürünc medalı atama və şəxsi məşqçimə həsr edirəm

“Bundan da yaxşı çıxış edə bilərdim. Müəyyən boşluqlar oldu, çəkisalmalar öz təsirini göstərdi. Bunu zamanla yoluna qoyacağam”. Bunu allsport.az saytına açıqlamasında Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanan Mahir Əmiraslanov (57 kq) dedi. Gənc sərbəst güləşçi yenidən toparlanmasında müəllimlərinə təşəkkür etdi:

“Yığmada olan məşqçi heyətinin üzərimizdə əməyi böyükdür. Onlara minnətdaram. Şəxsi çalışdırıcım Əsgərxan Novruzovun qarşısında baş əyirəm. O, məni həyata qaytardı, yenidən ayaqda qalmağım üçün bütün əməyini sərg etdi. Qələbəni atama və ona həsr edirəm.

Hədəfim böyük, istəyim çoxdur. Uğurumu Qazaxıstanda keçiriləcək dünya çempioanatında da davam etdirmək niyyətindəyəm”.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan