- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 185
- Mart 19, 2026
- 0
9-10 oktyabrda Venesuela paytaxtı Karakasda sablyaçılar arasında dünya kuboku keçiriləcək. Allsport.az xəbər verir ki, həmin yarışda «Neftçi» İdman Klubunun qılıncoynadanları – Səbina Mikinə və Sevil və Sevinc Bünyatova bacılarının iştirakı planlaşdırılmışdı.
Amma həlledici anda millimiz bu səfərdən imtina edib. Saytımıza daxil olan məlumata görə, səbəb maliyyənin ayrılmaması, daha doğrusu, okeanın o tayına yollanma xərcinin çox olması göstərilib. Qeyd edək ki, bu yarış Rio-2016-ya lisenziya xalları verəcək.