“Mançester Siti” 18 yaşlı müdafiəçini istəyir

“Mançester Siti” “Real Valyadolid”in müdafiəçisi Cuma Ba uğrunda mübarizədə qalib gəlməyə çalışır. Allsport.az xəbər verir ki, “şəhərlilər” 18 yaşlı futbolçu ilə müqavilə bağlamağı və onu il yarımlıq icarəyə verməyi planlaşdırır. Ba “Mançester Siti”yə keçməyə hazır olsa da, “İnter”, “Lens” və “Fənərbağça”dan təklif aldıqdan sonra düşünmək üçün vaxt istəyib.

Ba cari mövsüm la liqada 11 oyuna çıxıb.

Həmin kateqoriyadan