- Baxış sayı: 138
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis qışda klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu Turin təmsilçisi tərəfindən “Mançester Siti” və “Mançester Yunayted” klublarına təklif olunub. Luis baş məşqçi Tyaqo Mottanın planlarına daxil deyil.
Duqlas “qoca sinyora”nın heyətinə bu yay “Aston Villa”dan keçib. O, cari mövsüm ərzində 9 oyunda meydana çıxıb.