“Mançester Siti”dən ayrılmağın çətinliyindən danışıb

“Mançester Siti”nin sabiq futbolçusu Kayl Volker “Börnli”yə keçidindən sonra üzləşdiyi psixoloji çətinliklərdən danışıb.

Allsport.az xəbər verir ki, ötən yay “Mançester Siti”ni tərk edərək daimi əsaslarla “Börnli”yə qoşulan 35 yaşlı müdafiəçi bu keçidi “çətin” adlandırıb.

“The Overlap” proqramında çıxış edən Volker bildirib: “”Mançester Siti”dən “Börnli”yə keçmək mənəvi baxımdan çətin oldu. Uzun müddət yüksək səviyyəli klubda çıxış etdikdən və böyük uğurlar qazandıqdan sonra bu cür dəyişikliyə öyrəşmək vaxt aparır”.

Volker “şəhərlilər”in heyətində 319 oyuna çıxıb və 6 premyer liqa çempionluğu da daxil olmaqla bütün mümkün titulları qazanıb.

Həmin kateqoriyadan