- Baxış sayı: 30
- 26 Mart 2026 20:22
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

“Mançester Siti”nin sabiq kapitanı və baş məşqçisi Toni Buk 90 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, o, 1966-1974-cü illərdə komandada çıxış edib. Ümumilikdə Buk “şəhərlilər”in heyətində 315 oyun keçirib və 5 qol vurub.
Toni Buk bir oyunçu kimi “Siti” ilə UEFA kubok qalibləri kubokunda (1969/70), İngiltərə kubokunda (1968/69), İngiltərə liqa kubokunda (1969/70) və İngiltərə superkubokunda (1968, 1972) qalib gəlib. Məşqçi kimi o, 1975/76 mövsümündə Mançester təmsilçisi ilə liqa kubokunu qazanıb.