“Mançester Yunayted” transferlərə 230 milyon xərcləyəcək

“Mançester Yunayted” üç futbolçunun keçidi üçün 230 milyon avro xərcləməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Barselona”nın cinah oyunçusu Rafinhaya maraq göstərir və onun üçün 80+10 milyon avro təklif etmək istəyir.

Bundan əlavə, komandanın baş məşqçisi Ruben Amorim müqaviləsində 80 milyon avroluq satın alma maddəsi olan “Sportinq”in hücumçusu Viktor Dyökereşin transferində maraqlıdır.

Amorim “Borussiya Dortmund”un qapıçısı Qreqor Köbelin də “Mançester Yunayted”ə keçməsini istəyir. Portuqaliyalı mütəxəssisin “qırmızı şeytanlar”ın hazırkı qapıçısı Andre Onananın göstərdiyi oyundan razı deyil.

Həmin kateqoriyadan