- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bakı su idmanı sarayında olub. Allsport.az saytı xəbər verir ki, görüşdə, Azərbaycan üzgüçülük federasiyanın prezidenti Xanlar Fətiyev, vitse-prezident Elçin Həsənov, federasiyanın baş katibi Fərid Bənənyarlı, üzgüçülük millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov, su polosu üzrə yığmanın baş məşqçisi Azər Babayev, bədii üzgüçülük seçməsinin baş məşqçisi Elena Şipova və digər nümayəndələr iştirak ediblər.
Toplantıda, su idmanı növlərinin inkişafı, qarşıda duran əsas məsələlər, idmançıların yarışlara hazırlığı, regionlarda su idman növlərinin daha da təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Söhbət çərçivəsində Mariana Vasileva regionlarda su idman növlərinə marağın daha da artırılması, yerlərdə məşqçilər üçün seminarların təşkili, təbliğat işlərinin aparılmasının gücləndirilməsi təkliflərini yüksək qiymətləndirib.
Söhbət zamanı federasiyanın fəaliyyətinin daha da inkişaf etdirmək, yerlərdə gənclərin su idman növlərinə maraqlarını artırmaq məqsədilə valideynlər üçün xüsusi açıq qapıların təşkil edilməsi, onların övladlarının sağlamlığı üçün su idman növlərininin vacibliyini müzakirə edilməsi qərara alınıb.