- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib – 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşıb və 9:4 hesabıyla qalib gələrək növbəti dəfə qitənin ən güclüsü ünvanına sahib çıxıb.
Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib – 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib – 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə görüşdən də məğlub (0:9) ayrılaraq debüt etdiyi Avropa çempionatını 5-ci pillədə başa vurub.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı “tuş”la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib – 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşib və 1:3 hesabıyla məğlub olub.