- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünya Güləş Birliyi cari ilin martında keçirilən yarışların yekunlarına əsasən reytinq açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qadınların sıralamasında 9 idmançımızın adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.
Ən yüksək göstərici Rio oyunlarında 48 kq-da gümüş medal qazanan Mariya Stadnikdədir. O, əmsalda 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür.
48 kq
2. Mariya Stadnik – Olimpiya oyunları 2-ci yer (2)
53 kq
4. Nataliya Sinişin – Olimpiya Oyunları 3-cü yer (4)
15. Anjela Doroqan – Ukrayna beyn. turniri 3-cü yer (nr)
18. Leyla Qurbanova – U-23 Avropa çempionatı 2-ci yer (nr)
55 kq
17. Alyona Kolesnik – U-23 Avropa çempionatı 3-cü yer @58 kq (20)
58 kq
15. Yuliya Ratkeviç – Olimpiya oyunları 5-ci yer (11)
60 kq
11. Tatyana Omelçenko – Ukrayna beyn. turniri 1-ci yer (14)
63 kq
20. Elmira Qəmbərova – Ukrayna beyn. turniri 2-ci yer (nr)
69 kq
12. Elis Manolova – Yarıgin beyn. turniri 3-cü yer (11)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.