Mariya Stadnik finala rəqiblərinə 1 xal vermədən çıxıb

Bu gün İsveçin Klippan şəhərində qadın güləşi üzrə yarış başlayıb. Allsport.az saytı xəbər verir ki, sınaq bu növdə əmsalların hesablanacağı ilk yarışdır. Komandamızın lideri Mariya Stadnik (50 kq) xeyli fasilədən mübarizəyə başlayıb.

O, ümumilikdə 32 xal alaraq, bir dəfə də rəqiblərinə fürsət verməyib. Həlledici görüşdə olimpiya oyunlarının 2-qat gümüş və bürünc mükafatçısı, dünya və 6-qat Avropa çempionunun tərəf-müqabili ötən ilin Asiya və dünya çempionu Yui Susaki olacaq.

Final görüşləri Bakı vaxtı ilə 18 fevral saat 16:00-da başlayacaq.

50 kq 
FINAL – Mariya Stadnik – Yui Susaki (JPN) (18 fevral, saat 16:00)
1/2 final – Mariya Stadnik – Amy Ann Fearnside (USA) 10:0 (1 dəq. 59 san.)
1/4 final – Jessica Anne Marie Macdonald (CAN) – Mariya Stadnik 0:12 (4 dəq. 35 san.)
1/8 final – Emilia Alina Vuc (ROU) – Mariya Stadnik 0:10 (1 dəq. 42 san.)

Həmin kateqoriyadan