Mariya Stadnik Polşa turnirində heç kimə macal vermədi

Polşanın Spala şəhərində bu ölkənin açıq turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, bu yarışda baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnikdən (hamısı – 58 kq) ibarət qadın millimiz mübarizə aparır.

Yarışın ilk günü bizə düşərli olub. Adı ilk çəkilən xanım güləşçimizöz çəkisində liderlərdən biri olduğunu bir daha sübut edib. İlk görüşdə yerli İvana Matkovskayanı (12:1), yarımfinalda niderlandlı Cessika Blazkanı (11:1) məğlub edən Mariya Stadnik, həlledici tutaşmada kolumbiyalı Karolina Kastilyuya da macal verməyib – 10:0

Bu gün digər sözü gedən digər təmsilçilərimiz xalça üzərinə çıxacaqlar. Qeyd edək ki, millimiz Polşa səfərinədək, Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçib.

Həmin kateqoriyadan