- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün qadın güləşində ilk mükafatçılar bilinib. Aslan Ağayevin komandası 2 medal qazanıb. Qitənin 50 kq-da aşkar öncülü Mariya Stadnik finala gözüyumulu adlatıb. Həlledici görüşdə qalib gəlmək üçün ona 32 saniyə bəs edib. Bu uğur idmançımıza 7-ci Avropa çempionluğunu qazandırıb. Tatyana Omelçenko (59 kq) və Səbirə Əliyeva (76 kq) bürünc medalla kifayətləniblər.
50 kq
FİNAL – Emilia Vuc (ROU) – Mariya Stadnik 0:10 (32 san.)
1/2 final – Mariya Stadnik – Kseniya Stankeviç (BLR) 10:0
1/4 final – Mariya Stadnik – Milana Dadaşeva (RUS) 10:0
1/8 final – Mariya Stadnik – J.Şellin (GER) 10:0
55 kq
1/4 final – Bediha Gün (TUR) – Solmaz Həşimzadə 4:0
59 kq
Bürünc medal görüşü – Tatyana Omelçenko – Katsiaryna Yanuşkeviç (BLR) 12:2
1/4 final – M.Hristova (BUL) – Tatyana Omelçenko 8:3
68 kq
1/8 final – Buse Tosun (TUR) – İrina Netreba 8:5
76 kq
Bürünc medal görüşü – İrina Pasiçnyk (UKR) – Səbirə Əliyeva 3:6
1/2 final – Səbirə Əliyeva – Yekaterina Bukina (RUS) 0:10
1/4 final – Z.Nemeth (HUN) – Səbirə Əliyeva 6:9