Mariya Stadnikin 27 yaşı tamam oldu

Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), iki dəfə gümüş (2011, 2015) və bürünc medalçısı (2014), 4-qat qitə çempionu (2008, 2009, 2011, 2014), Avropa Oyunlarının qalibi (2015), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl qran-pri» beynəlxalq turnirinin 3-qat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009) Mariya Stadnikin 27 yaşı tamam olub.

Allsport.az xəbər verir ki, bu nailiyyətlərinə görə güləşçimiz Azərbaycan Respublikası prezidentinin Sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif olunub. Biz də öz növbəmizdə, titullu güləşçimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Həmin kateqoriyadan