Mariya Stadniksiz qadın güləş millimiz 9 il sonra ilk dəfə dünya çempionatında medalsız qaldı

Fransa paytaxtında güləş üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün qadınların mübarizəsinə yekun vurulub. Parisə lider Mariya Stadniksiz (48 kq) yollanan millimiz 9 il sonra ilk dəfə mötəbər yarışdan medalsız dönür.

Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) rəqabəti erkən dayandırıblar. Bu güləşçilərimizdən yalnız adı 2-ci çəkilən 1 görüş uda bilib.

 

Həmin kateqoriyadan