“Marsel”in yeni baş məşqçisi

“Marsel” klubu baş məşqçi postuna Həbib Beyenin təyin olunduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, əvvəllər “Renn”ə rəhbərlik etmiş 48 yaşlı seneqallı mütəxəssis ilə 2027-ci ilin iyununadək müqavilə imzalanıb.

“Marsel”in baş məşqçisi postu fevralın 11-də Roberto de Zerbinin istefaya göndərilməsindən sonra boş qalmışdı. İtaliyalı mütəxəssis PSJ-yə qarşı keçirilən oyundakı ağır məğlubiyyətdən (0:5) sonra vəzifəsindən kənarlaşdırılmışdı.

Həbib Beye “ağ-mavilər” üçün yad sima deyil. O, 2003–2007-ci illərdə bu klubun şərəfini qoruyub və ümumilikdə 174 matçda meydana çıxıb.

Həmin kateqoriyadan