Masallıda yeni güləş zalı istifadəyə verilib

Azərbaycan güləş federasiyasının (AGF) regionlarda maddi texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirləri davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün daha bir güləş zalı istifadəyə verilib. Masallı uşaq-gənclər idman və şahmat məktəbinin güləş zalının açılış mərasimi keçirilib.

Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Əşrəf Əliyev, Lənkəran-Astara regional təhsil idarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara regional gənclər və idman idarəsinin əməkdaşı Yusif Xamıyev, Masallı rayon icra hakiminin köməkçisi Zamin Kazımov, həmçinin regionda fəaliyyət göstərən güləş mütəxəssisləri iştirak edib. Çıxış edənlər güləş zalının Masallıda bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.

Məşqçilər Maqsud AğayevCavad Həsənovun rəhbərliyi altında 3 yaş qrupu üzrə güləş bölməsi fəaliyyət göstərir. Bu güləş məktəbinin idman avadanlıqlarıyla təchiz edilmiş fitnes zalı fiziki hazırlıq üzrə məşqlər üçün istifadə ediləcək. İdman mərkəzi AGF tərəfindən zəruri inventarla təmin edilib.

Həmin kateqoriyadan