- Baxış sayı: 54
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

“Ak Bars” və “Sibir” arasında keçirilən KHL-in adi çempionatının oyunu zamanı azarkeş vəfat edib.
Allsport.az xəbər verir ki, 84 yaşlı kişi tribunadan çıxarkən özünü pis hiss edib. Ürək problemlərinin ölümlə nəticələndiyi qeyd edilir.
Xokkey oyunu bazar ertəsi axşam Kazanda baş tutub və “Sibir”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. 72 xalla “Ak Bars” şərq cədvəlində 5-ci yerdədir.