- Baxış sayı: 25
- 24 Noyabr 2024 14:32
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, polis 51 yaşlı Andrey Miçkovun cəsədini tapıb.
“Soçi” və Rusiya millisinin xokkeyçisi Matvey Miçkovun atası Sirius şəhər tipli qəsəbənin Köhnəinanclı küçəsindəki gölməçədə ölü tapılıb. Polis meyiti çıxarıb və şəxsiyyətini müəyyənləşdirib.
Andrey Miçkovun ölümü “Soçi” klubu tərəfindən təsdiq edilmişdir. Klub “Telegram” kanalındakı açıqlamasında bildirib:
“Andrey Miçkovun axtarışları dayandırılıb. O tapıldı, öldürülüb.
Xokkey klubu “Soçi” Andrey Miçkovun ailə üzvləri və dostlarına səmimi başsağlığı verir. Komanda Matvey Miçkovun ailəsini bütün lazımi yardımlarla təmin edəcək”.
Bundan əvvəl məlum olub ki, Miçkovun atası bazar günü, aprelin 2-də evdən çıxıb. Bundan sonra onunla əlaqə saxlamaq mümküb olmayıb.
İnsidentin hansı səbəbdən baş verib məlum deyil.