- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0
Allsport.az xəbər verir ki, 6-qat NBA çempionu əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın imzalı idman ayaqqabısı hərracda 2,24 milyon dollara satılıb. Bu, indiyə qədər hərracda satılan ən bahalı idman ayaqqabısı olub.
Cordan ayaqqabıları 1998-ci ildə “Çikaqo Bulls”un “Utah Jazz”ı 4:2 hesabı ilə məğlub etdiyi son NBA finallarının 2-ci oyununda geyinmişdi. Amerikalı matçda 37 xal toplayıb. Görüşdən sonra Maykl idman ayaqqabılarına imza ataraq onları qonaqlar üçün soyunub-geyinmə otağında xidmət edən bir oğlana vermişdi.
