- Baxış sayı: 42
- 05 Mart 2026 22:39
- Baxış sayı: 177
- Mart 05, 2026
- 0

İngiltərə premyer liqasında fevralın ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik bu mükafata əsas namizəd hesab olunur. Onun rəhbərliyi altında “qırmızı şeytanlar” ötən ayda keçirdikləri 8 oyunda 6 qələbə qazanaraq mümkün 24 xaldan 19-nu toplayıblar. Bu uğurlu sıralama komandanın turnir cədvəlində 3-cü pilləyə yüksəlməsini təmin edib.
Ayın məşqçisi mükafatı uğrunda mübarizədə Pep Qvardiola (“Mançester Siti”), Arne Slot (“Liverpul”) və Keyt Endrüs (“Brentford”) da yer alıblar. Qalib azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.