“Mbappe yalan danışır, “Real”ın səhvini gizlədir”

Tanınmış fransalı jurnalist Daniel Riolo “Real Madrid”in hücumçusu Kilyan Mbappeni klubun tibbi səhvini ört-basdır etmək üçün yalan danışmaqda ittiham edib.

Allsport.az xəbər verir ki xəbər verir ki, Riolo “kral klubu”nun həkimlərinin müayinə zamanı Mbappenin xəstə dizi əvəzinə, sağlam dizini yoxladıqlarını iddia edib. Futbolçu bu məlumatı təkzib etsə də, jurnalist öz sözünün üstündə durur:

“Bu absurdu gizlətmək üçün yalan strategiyasını seçiblər. Mbappenin “Real”ın maraqlarına zərər vurmamaq üçün yalan danışdığını birbaşa deyirəm. Səhv dizin yoxlanılması hekayəsini 1000% təsdiqləyirəm”.

İddialara görə, səhv diaqnoz ucbatından Mbappe zədəli halda daha bir neçə matçda iştirak etməli olub.

Həmin kateqoriyadan