- Baxış sayı: 28
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

İspaniya la liqasının XVII turu çərçivəsində “Real Madrid” öz meydanında “Sevilya”nı 2:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə “kral klubu”nun qələbə qollarını Cud Bellingem və Kilyan Mbappe vurublar. Matçın 86-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirən Mbappe bu il vurduğu qolların sayını 59-a çatdırıb.
Bununla da fransalı hücumçu Kriştianu Ronaldunun 2013-cü ildə “Real”ın heyətində müəyyənləşdirdiyi rekordu (təqvim ili ərzində 59 qol) təkrarlayıb.