- Baxış sayı: 411
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycanda keçiriləcək III MDB oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Allsport.az xəbər verir ki, yarışlarda Azərbaycan daxil olmaqla 12 ölkədən 1619 idmançı və 2313 nümayəndə iştirak edəcək.
Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Pakistanla Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.
Oyunlar sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.