- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Sentyabrın 4-də baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin 3-cü iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman nazirliyinin nəzdində Bakı şəhər halqası əməliyyat şirkətinin oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması; inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.