- Baxış sayı: 83
- 26 Mart 2026 12:57
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

Rusiyalı tennisçi Daniil Medvedev Şanxayda keçirilən turnirdə yarımfinala yüksələ bilməyib.
Allsport.az xəbər verir ki, 1/4 final mərhələsində dünyanın beşinci raketkası Medvedev ATP reytinqinin lideri italiyalı Cannik Sinnerlə qarşılaşıb. Rəqiblər arasında 1 saat 23 dəqiqə davam edən görüş iki setdə Sinnerin qələbəsi ilə yekunlaşıb – 6:1, 6:4.
Sinner yarımfinalda Karlos Əlqərəz (İspaniya) – Tomas Maçak (Çexiya) matçının qalibi ilə oynayacaq.