- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Belarusun paytaxtı Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə sərbəst güləş üzrə ənənəvi yarış başa çatıb. Allsport.az saytı xəbər verir ki, milimiz bu rəqabətdə 8 medal qazanıb.
Cəbrayıl Hacıyev (74 kq), Arseni Cioyev (86 kq) və Əbubəkr Abakarov (92 kq) qızıl, Orxan Abbasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc mükafata yetişib.