- Baxış sayı: 93
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub.
İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib.
Bundan əvvəl turnirdə Ruslan Nurullayev (72 kq) birinci, İsmayıl Rzayev (82 kq) ikinci, Fərid Sadıxlı (55 kq) üçüncü yeri tutub.
U-20 yığmasının üzvləri memorialda ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.
Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.