- Baxış sayı: 31
- 26 Mart 2026 20:22
- Baxış sayı: 222
- Mart 26, 2026
- 0

“Barselona”nın müdafiəçisi Alexandro Balde PSJ-nin maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, Paris təmsilçisi ispaniyalını klubdan ayrılmaq ehtimalı olan Nunu Mendeşə əvəzecisi kimi görür. Katalonlar 21 yaşlı futbolçunu satmaq fikrində olmasa da, PSJ böyük məbləğ təklif edərək Baldeni heyətinə qatmağa çalışacaq.
Balde “Barsa”nın yetirməsidir. O, cari mövsüm ərzində 22 oyunda iştirak edib və 4 məhsuldar ötürmə edib.