- Baxış sayı: 53
- 11 Dekabr 2024 13:28
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
Azərbaycan güləş federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, Dünya güləş birliyinin prezidenti Nenad Laloviçlə görüşüb. Allsport.az saytı xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib:
“Dünya güləş birliyinin prezidenti Nenad Laloviç ilə görüşməkdən məmnun olduq. Biz Azərbaycanda güləşin inkişafı istiqamətində həyata keçirilən təşəbbüsləri, o cümlədən gənc istedadların yetişdirilməsi və idmançılarımızın peşəkarlığının və beynəlxalq nailiyyətlərinin daha yüksəldilməsi üçün, əməkdaşlığın genişləndirilməsini müzakirə etdik.
Onu da vurğuladıq ki, Azərbaycan güləş federasiyasının Dünya güləş birliyinində yeni yaradılmış qrapplinq, pankration və həvəskar MMA komitəsinə rəhbərlik etməsi, ölkəmizin güləş ictimaiyyətinə göstərilən yüksək etimaddır”.