Mikayıl Cabbarovun adamını nədən kənarlaşdrdılar? “Sabah” camiyəsində fikir ayrılığı

Azərbaycan güləş federasiyasında iç gərginlik davam edir. İcraçı rəhbərlərin çox olması bir istiqamətdən hədəfə vurulmasına mane olur. 5 ildir ki, AGF-in prezidenti Mikayıl Cabbarovdur. Hazırda onun 4 müavini var: vitse-prezidentlər  – Namiq Əliyev, Namiq Abdullayev, Fərid MansurovVasif Məmmədov. İlk 3 adları çəkilənlər uzun müdddətdir güləşin içindədirlər, bu idmanın inkişafına böyük töhvə veriblər. Vasif Məmməmov, həmçinin qılıncoynatma federasiyasında baş katibdir, bu ictimai birliyin prezidenti Balakişi Qasımovla yaxındır. O da gənclər və idman naziri Fərid Qayıbovla 1 saylı orta məktəbdə yanaşı sinifdə oxuyub.

Ötən ilin 8 sentyabrında AGF-ə baş katib təyin olunan Pərvin Piriyev hazırda əsas təşkilati işləri görür. Ona qədər bu kürsüdə əyləşən Nəsimi Musayevin dəqiq vəzifəsi awf.az-da göstərilməsə də, federasiyada onun da səlahiyyəti az deyil. Biri Balakişi Qasımovun, digəri Mikayıl Cabbarovun adamıdır. Təzə baş katib 2 müavinə malikdir: Aydan MəmmədhəsənovaOrxan Məmmədov. Güləşə qədər təbliğat-təşviqat üzrə xanım mütəxəssis badminton federasiyasında çalışıb. Orxan Məmmədov isə AGF-də sıfırdan başlayıb. Bir müddət sonra idman şöbəsində işləyib, daha sonra baş katibliyə yüksəlib. Bu olanlar Fazil Məmmədovun dövrün təsadüf edib.

Baş əlaqələndirici Elçin Cəfərov sözünü deyən şəxslərdəndir. O, ölkənin ən titullu yerli məşqçisidir, yunan-Roma güləşinin yüksləşində müstəsna xidmətləri var. Uzun müddət AGF-də vitse-prezident olub.
İdman şöbəsi hər bir qurumun onurğa sütunudur. AGF-də bu sezilməsə də, o da öz növbəsində sanballı sayılır. 2011-ci ildən AGF-də təsərrüfat işlərinə baxan Vurğun Nəzərov hazırda bu şöbəyə rəhbərlik edir. Hakimlər kollegiyasının yeni sədri Asif Şirəliyevdir. O, təzə baş katiblə yaxın münasibət qurub. Xarici şöbənin keçmiş müdiri Namiq Qurbanov nəinki güləş,“Sabah” basketbol klubunun təşkilati işləri ilə məşğuldur və AGF-də sözü keçən şəxslərdəndir.

Nümayəndəliklərlə iş şöbəsinin rəhbəri Elfaq Səfərovdur. O, Vasif Məmmədovun təmsilçisidir. Rayonlarda və paytaxtda durum belədir: məşqçilər ya özləri, ya da yaxın himayədarları vasitəsilə güləş zalları inşa edirlər. AGF onları əsasən döşəklə təmin edir. Başqa sözlə, federasiyanın burada əməyi cüzidir, sadəcə, təbliğat-təşviqatda “hamam suyuna dost tutulur”. Mərhum federasiya prezidenti Fazil Məmmədovun dönəmində bölgələrlə iş yüksək səviyyədə idi. Regionlar üzrə keçmiş vitse-prezident, ötən il dünyasını dəyişən Cavanşir Qurbanov güclü fəaliyyət qurmuşdu. Bölgələrdə icra hakimiyyəti başçıları ilə yüksək səviyyədə aparılan görüşlər bəhrəsini verirdi. Mərhum ustadın böyük nüfuzu bütün regionlarda canlanma yaratmışdı.

Bundan savayı, AGF-də müxtəlif şöbələr, departamentlər var ki, orada da 10-larla insan çalışır. Bir sözlə, güləş federasiyası Pərvin Piriyevdən sonra açıq-aşkar “xeyriyyə cəmiyyəti”nə çevrilib. Təbii ki, öz “Sabah” qrupunda çalışanlara və tərəfdaşlarına. Bu işbirliyinə yeni əlavə olunan gənclər və idman nazirliyi uğurlu seçimdir. Dövlət qurumunun maliyyə dayaqları daha güclənməsi üçün vergilərdən gələn gəlirin bir qismi GİN-ə yönəlir. Yəni, pul getdiyi yeri bilir, özgə yerə getmir. Xatırladım ki, güləş federasiyası dövlət vergi xidmətindən maliyyələşir.

“Smart Skorinq”, “FS Travel”, ola bilsin, işıqlandırmanı və səhnələrin quraşdıran “Color Storm” da GİN-ə yaxınladandır. Bu şirkətlər yurd içi və yurd dışı idman tədbirlərinin təşkilinə xidmət edirlər. İstiləşmə müqabil tərəfin addımların da nəzərə çarpır: məsələn, nazir Fərid Qayıbov yunan-Roma güləşi üzrə dünya və Avropa mükafatçısı Taleh Məmmədovun Zabratda, əməkdar məşqçi Namət Şirinlinin Göyçayda açdığı güləş zallarının açılışında şəxsən iştirak etdi. AGF də borclu qalmayıb – yunan-Roma və sərbəst güləş milliləri məhz Azərbaycan idman akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş idman tibbi tədqiqatları laboratoriyasında bu günlərdə müxtəlif parametrlər üzrə sınaqlardan keçiblər. Xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, tarazlıq qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil xeyli vəsait tələb edir. Qarşıda birgə yeni layihələr gözlənilir.

Nəsimi Musayev baş katib olan müddətdə belə tərəfdaşlıq, 150000 manat civarında ölkə çempionatının təşkili və müxtəlif əyləncələr yox idi. Düzdür, onun dövründə təyinatı bilinməyən səfərlər, mətbuat üçün tədbirlərdə israfçılıq olmuşdu. Baxmayaraq ki, KİV-də yalnız 1 dostu (azerisport.com) var. Amma o büdcənin bu qədər məsrəfinə imkan vermirdi. Kim bilir, bəlkə elə o üzdən əsas icraçılıqdan uzaqlaşdırıldı. İdman ictimaiyyətində yayılan xəbərə görə, dövlət mükafatçısı, bir neçə yerdə Namiq Əliyev barəsində kəskin çıxış edib. Adı çəkilən şəxs dünya güləşində nüfuzludur, DGB-nin büro üzvüdür, 2007-ci ildən AGF-də rəhbər vəzifədədir, üstəlik, Azərbaycanın 1-ci vitse-prezidenti katibliyinin rəisi Altay Həsənovla yaxındır. 1-ci dərəcə dövlət müşaviri həmçinin Azərbaycan gimnastika federasiyasının vitse-prezidentidir.

Güləş ictimaiyyətində dolaşan digər bir şaiyəyə görə, mükafat yazılmasında nələrsə baş verib. Amma bu inandırıcı görünmür. Maliyyə məsələsində Nəsimi Musayev həmişə özünü zərgər dəqiqliyi ilə göstərməyə çalışıb. Hər halda, ya vəlvələdən, ya zəlzələdən, rəsmi səbəb göstərilməsə də, ötən ilin sentyabrında AGF-də baş katib dəyişdi. Obrazlı desək, indi qalır yeni kişinin meydana çıxıb onunla görüş istəyənlərdən üz çevirməyərək, “kişi sözü” verib ona əməl etməsinə…

Həmin kateqoriyadan