“Milan” hücum xəttini gücləndirir

“Feyenoord”un hücumçusu Santyaqo Himenes karyerasını İtaliyada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, meksikalı futbolçu “Milan”ın cari transfer pəncərəsi üçün əsas hədəfinə çevrilib.

İtaliya nəhəngi artıq 23 yaşlı futbolçu üçün qarşı tərəfə ilkin sorğunu göndərib. Santyaqonun özü “Milan”a keçməyə razılıq verib.

Himenes bu mövsüm 17 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan