- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

“Milan”da məsləhətçi vəzifəsini tutan Zlatan İbrahimoviç açıqlama verib.
Allsport.az xəbər verir ki, o, “rossoneri”nin məşhurluğundan danışıb:
“Milan” İtaliyanın ən məşhur klubudur. Biz İtaliya futbolunu dünyada təmsil edirik. Hamı bizdən danışır. Əgər onlar “Milan” haqda danışırlarsa, deməli, böyük bir iş görürük. Başqalarına baxmadan irəli gedirik. Yolumuzda hər hansı maneə olarsa, onu məhv edəcəyik”.