- Baxış sayı: 34
- 26 Mart 2026 18:28
- Baxış sayı: 159
- Mart 26, 2026
- 0

“Milan” yarımmüdafiəçi Ticcani Reynderslə yeni müqavilə imzalayacaq.
Allsport.az xəbər verir ki, “A” seriyası təmsilçisi artıq 26 yaşlı futbolçusu ilə şifahi razılıq əldə edib. Niderlandlı oyunçu ilə 5 illik sözləşmə bağlanılacaq.
Reynders cari mövsüm ərzində 36 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.