- Baxış sayı: 20
- 26 Mart 2026 16:59
- Baxış sayı: 27
- Mart 26, 2026
- 0

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, “A” seriyası təmsilçisi “Feyenoord”dan hücumçu Santyaqo Ximenesi transfer edib. Meksikalı futbolçu yeni komandası ilə 4 il yarımlıq müqavilə bağlayıb.
“Milan” Santyaqo üçün Niderland klubuna 35 milyon avro ödəyib.
Ximenes cari mövsüm ərzində meydana çıxdığı 19 oyunda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.