- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, voleybol meneceri İlqar İmamquliyev “İl’Azero” adlı idman geyimi firması təsis edib. Qadın millimizin spikeri Yelizaveta Səmədova rəngarəngliyi ilə seçilən ilk Azərbaycan idman brendinin rəsmi simasıdır. Bundan savayı, yerli model Səbinə Məhərrəmova və bodibildinq üzrə dəfələrlə ölkə çempionu Sahib İsmayılov, o cümlədən, voleybolçu yığmalarımızın bir neçə üzvü “Bir azərbaycanlı” ictimaiyyətə təqdim ediblər.
Allsport.az saytı xəbər verir ki, artıq bu təbligata milli idman növündə çıxış edən idmançılarımız qoşulublar. Siftə sərbəst güləş üzrə olimpiya mükafatçısı, 3-qat dünya və 2-qat Avropa çempionu Hacı Əliyevdən gəlib. O, planetin ən güclülərinin yarışına hazırlıq çərçivəsində fitnes zalında məşqə milli brenddə çıxıb.