- Baxış sayı: 35
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığmamız komanda hesabında dünya 3-sü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.