- Baxış sayı: 167
- 10 Avqust 2025 15:30
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

7 sentyabrda “Dəniz Mall”un qarşısında keçirilən “Red Bull Half Court” milli finalında Azərbaycanın ən güclü kişi və qadın küçə basketbolu komandaları bəlli oldu.
Allsport.az xəbər verir ki, turnirdə iştirak edən 32 kişi və 8 qadın komandası arasından qlobal finala vəsiqə qazanan qaliblər:
Kişi komandası: “Leyn P”
Qadın komandası: “Baku Fleym”
Hər iki komanda 27-29 noyabrda Dubay şəhərində keçiriləcək “Red Bull Half Court” dünya finalında Azərbaycanı təmsil edəcək.
Yarışa 20-dən çox ölkədən iştirakçılar qatılacaq. Dünya miqyasında 8 000-dən artıq oyunçunu bir araya gətirən “RedBull Half Court”, küçə basketbolu üzrə ən böyük beynəlxalq turnirlərdən biri hesab olunur.