- Baxış sayı: 39
- 06 Mart 2026 19:13
- Baxış sayı: 252
- Mart 05, 2026
- 0

FİBA Britaniya basketbol federasiyasına (BBF) kişilərdən ibarət milli komanda yaratmağı müvəqqəti olaraq qadağan edib.
Allsport.az xəbər verir ki, bu qərar kişi basketbol klublarının yarışlarında idarəetmə məsələləri və tənzimləmə pozuntuları ilə bağlı araşdırma çərçivəsində qəbul edilib. Qadağa bütün təşkilati məsələlər həll olunana qədər qüvvədə qalacaq. Bundan başqa, BBF kişi basketbol klublarına lisenziya vermək və milli yarışlar təşkil etmək hüququndan məhrum edilib.