- Baxış sayı: 38
- 04 Aprel 2025 23:29
- Baxış sayı: 41
- Aprel 04, 2025
- 0
Azərbaycanın 21 yaşadək qızlardan ibarət futbol yığması Kiprdə UEFA tərəfindən təşkil olunan beynəlxalq turnirdə üçüncü oyununu keçirib. Allsport.az xəbər verir ki, millimizin bu dəfəki rəqibi yerli Kipr yığması olub.
Qarşılaşma millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, yığmamız əvvəlki oyunlarında Maltaya uduzmuş (1:2), Bəhreynə qalib gəlmişdi (4:0).