- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan sentyabrın 9-dək Bakıda təlim-məşq toplanışında olacaq millimizin düşərgəsinə bu futbolçular dəvət alıb:
Elşən Abdullayev – Neftçi
Fəhmin Muradbəyli – Neftçi
Elvin Bədəlov – Neftçi
Məqsəd İsayev – Neftçi
Şahrudin Maqomedaliyev – Sumqayıt
Cəmil Hacıyev – Sumqayıt
Tərlan Əhmədli – Sumqayıt
Orxan Əliyev – Xəzər Lənkaran
İlyas Səfərzadə – Xəzər Lənkaran
Azər Salahlı – Qarabağ
Vüqar Mustafayev – Qarabağ
Rəşad Əzizli – Rəvan
Nicat Muxtarov – Rəvan
Tellur Mütəllimov – Zirə
Adil Nağıyev – Zirə
Budaq Nəsirov – Kəpəz
Azad Kərimov – Kəpəz
Tural Hümbətov – AZAL
Elmin İsmayılov – Şəmkir
Rüstəm Rüstəmli – Bakı
Dmitri Nağıyev – Dnepr (Ukrayna)
Bilal Sezer – Borussiya Münhenqladbax (Almaniya)
Kerem Benke – TSG Neustrelitz (Almaniya)
Taşkın İlter – TSG Neustrelitz (Almaniya)
Qeyd: Azər Salahlı və Vüqar Mustafayev toplanışa avqustun 28-də, Dmitri Nağıyev avqustun 30-da, Bilal Sezer, Kerem Behnke və Taşkın İlter isə avqustun 31-də qoşulacaq.