- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
Şotlandiyada klubların 21 yaşadək futbolçulardan ibarət komandaları arasında təşkil olunan çempionatda 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin çıxış etdiyi “Aberdin” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Falkirk”lə qarşılaşıb. Matç “Aberdin”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fələk matçın 62-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana çıxıb.
Qeyd edək ki, hazırda “Aberdin” 67 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.