Milli komandaya seçim

Azərbaycan texniki universitetinin idman zalında 2013, 2014 və 2015-ci il təvəllüdlü qızlar arasında milli komandaya seçim turu baş tutub. Allsport.az saytı xəbər verir ki, qadınlardan ibarət millimizin baş məşqçisi Evrən Alqayanın rəhbərlik etdiyi seçimlərdə ümumilikdə 61 nəfər iştirak edib.

Onlardan 23 nəfər milli komandaya seçilərək rəsmi olaraq milli məşqçilərin nəzarətinə götürülüb. Belə seçim turları ölkə basketbolunda gənc istedadların üzə çıxarılması və gələcəkdə milli komandanın gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Həmin kateqoriyadan