- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası 22 iyul – Milli mətbuat günü ilə əlaqədar tədbir təşkil etdi. Allsport.az saytı xəbər verir ki, tanınmış idman mediası nümayəndələrinin dəvət aldığı tədbir əsasən əyləncə xarakteri daşıdı. Hər zaman avarçəkənlərin yürüşünü kənardan izləyən jurnalistlər bu dəfə özləri avarçəkmədə məharətlərini göstərdilər. İdman jurnalistləri üçün verilən ziyafətlə davam edən tədbirin sonunda media nümayəndələrinə federasiyasının rəmzlərini əks etdirən hədiyyələr təqdim edildi.
Ölkəmizdə milli mətbuatın təməli 1875-ci il iyulun 22-də “Əkinçi”nin ilk nəşri ilə qoyulub. Azərbaycan dilində nəşr edilən qəzetinin naşiri, redaktoru, həmçinin korrektoru milli maarifçilik hərəkatının banilərindən olan təbiətşünas-alim Həsən bəy Zərdabi olub. Onunla yanaşı Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların qəzetin ərsəyə gəlməsində böyük xidmətləri olub.