- Baxış sayı: 33
- 29 Dekabr 2024 10:54
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Bu gün “İdman” telekanalında, İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında baş verən xoşagəlməz hadisə müzakirə olunub. Allsport.az saytının məlumatına görə, aparıcı Fikrət Adıgözəllinin qonaqları Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, gənclər idman nazirinin keçmiş müavini İsmayıl İsmayılov və Milli olimpiya komitəsinin mətbuat katibi Günay Malikqızı olublar.
Veriliş o qədər maraqlı və səviyyəli alınıb ki, gün ərzində 2 dəfə yayınlanıb. Uzun illər idmanda can qoyan mütəxəssislərimiz Ermənistan paytaxtında baş verən neqativ olayı ictimaiyyətin diqqətinə çatdırıb, durumu təhlil edərək çıxış yolu göstəriblər.
Xatırladaq ki, dünən beynəlxalq yarışın rəsmi keçid mərasimində səhnəyə yaxın olan bir şəxs böyük alçaqlıq edərək, Azərbaycan bayrağını yandırıb. Belədə, təşkilatçılar arenaya yeni üçrəngli ay-ulduzu gətiriblər. Bundan sonra komandamız qitə çempionatına qatılmaqdan imtina edib və qonşu Gürcüstan vasitəsi ilə avtobusla Vətənə dönüb.