- Baxış sayı: 90
- 02 Fevral 2026 13:53
- Baxış sayı: 90
- Fevral 02, 2026
- 0

Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün təlim-məşq toplanışı çərçivəsində komanda ruhunun gücləndirilməsi və psixo-emosional balansın qorunmasına yönəlmiş peyntbol oyunu təşkil olunub.
Allsport.az xəbər verir ki, fəaliyyət idmançıların gündəlik məşq rejimindən kənar, dinamik və interaktiv mühitdə vaxt keçirməsinə, stressin azalmasına, həmçinin birgə fəaliyyət vasitəsilə ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına xidmət edib. Oyun zamanı cüdoçular həm fiziki fəallıq, həm də strateji düşünmə tələb edən prosesdə iştirak ediblər.
Sosial və psixoloji yönümlü bu cür tədbirlər yeniyetmə qızlardan ibarət milli komandanın hazırlığının tərkib hissəsi kimi mütəmadi həyata keçirilir və idmançıların sağlam inkişafına kompleks yanaşmanı əks etdirir.