- Baxış sayı: 53
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, Kiprin Limassol şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun seçmə mərhələ oyunlarına start verilib.
Seçmə mərhələnin açılış oyununda “A” qrupunda qərarlaşmış qadın millimiz Malta komandasına əlavə vaxtın qeydə alındığı qarşılaşmada 17:15 hesabı ilə qalib gəlib. Daha sonra isə mübarizəyə qoşulmuş kişilərdən ibarət millimiz, Malta yığmasını 20-14 hesabı ilə məğlubiyyətə uğradıb.
Kişi milli komandamızın qrupdakı növbəti oyunu Bakı vaxtı ilə saat 16:50-də yerli Kipr millisinə qarşı olacaq.
Qadın yığmamız isə qrupda növbəti sonuncu oyununu Bakı vaxtı ilə saat 17:40 -da İrlandiya komandasına qarşı keçirəcək.