- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Buxarestdə güləş üzrə Avropa çempionatını yekunlaşıb.
Allsport.az xəbər verir ki, turnirin son 3 günündə sərbəst güləş üzrə qarşılaşmalar baş tutub.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.
1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə (140) 1-ci, Gürcüstan (130) isə 2-ci yer tutub.