- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 190
- Mart 19, 2026
- 0

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxır. Allsport.az xəbər verir ki, millimiz Trnava şəhərindəki “Mestska Sportova Hala” idman kompleksində Slovakiya yığması ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 15-də keçirilmiş ilk oyun millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizə AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün hətta heç-heçə də bəs edəcək.
AÇ-2016-nın seçmə mərhələsi
Pley-off
22 sentyabr
22:00. Slovakiya – Azərbaycan