- Baxış sayı: 37
- 23 Aprel 2025 16:25
- Baxış sayı: 75
- Aprel 24, 2025
- 0
Binə Atçılıq Mərkəzində polo üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün 4-cü tura start veriləcək.
Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Bu gün ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş Saat 17:00 –da başlayacaq. Saat 18:00 –da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan seçmə komandası yüz faizlik nəticə ilə turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü pillədə isə Almaniya komandaları qərarlaşıblar.